Yan 18, 2019 19:32 Asia/Baku
  • ABŞ konqresinin müsəlman üzvü Ərəbistana silah satışının dayandırılmasını istəyib
    ABŞ konqresinin müsəlman üzvü Ərəbistana silah satışının dayandırılmasını istəyib

ABŞ konqresinin ilk müsəlman qadın üzvü bu ölkədən Ərəbistana silah satışının dayandırılmasını istəyib.

İlhan Ömər ABŞ konqresinin nümayəndələr palatasının xarici işlər komitəsində özünün ilk iş günündə Səudiyyə Ərəbistanını insan haqlarının pozucularından biri adlandırıb və Amerikadan Ərəbistana silah satışının dayandırılmasını istəyib.

İlhan Ömər belə bir mövqeyə malik olduğu üçün daim Ərəbistanın dövlət medialarının hiddətinə məruz qalır. Belə ki, bu medialar İlhan Ömərin 2018-ci ilin altı noyabr ara seçkilərində ABŞ konqresinin nümayəndələr palatasına seçilməsinə reaksiyada onu ittiham ediblər ki, bir islami cinahın bir hissəsi kimi Amerika konqresini nəzarət altına almağa çalışır.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

 

Teqlər