Yan 19, 2019 11:16 Asia/Baku
  • ABŞ Mərziyyə Haşiminin ittihamsız olaraq həbs edilməsini təsdiq edib
    ABŞ Mərziyyə Haşiminin ittihamsız olaraq həbs edilməsini təsdiq edib

Vaşinqton məhkəməsi dünən təsdiq edibdir ki, Press TV kanalının aparıcısı Mərziyyə Haşimi ittihamsız olaraq və naməlum bir məhkəmə işində sırf "mühüm şahid" kimi həbs edilibdir.

Amerika regional məhkəmə hakimi Beril Havelin göstərişi ilə Vaşinqtonda yayılan bu məhkəmənin sənədlərinə əsasən, xanım Haşimi heç bir cinayət işləməyibdir.

Amerikalı rəsmilər bildiriblər ki, indiyədək şəhadət vermək üçün iki dəfə Vaşinqton regional məhkəməsinə getmiş Mərziyyə Haşimi şəhadətinin təkmilləşməsindən sonra azad ediləcəkdir. Bununla belə, hələ Press TV kanalının aparıcısının azadlığı üçün heç bir zaman elan olunmayıbdır.

Amerikadakı köhnə bir qanuna əsasən, bu ölkənin federal dövləti heç bir ittiham olmadan və sırf "mühüm şahid" kimi şəxsləri həbs edə bilər.

Press TV kanalının Amerika əslli aparıcısı, müxbiri, sənədli filmlər üzrə kinematoqrafı və diktoru bazar günü heç bir dəlil gətirilmədən bu ölkənin Sent-Luis hava limanında həbs olunaraq, Amerika Federal Təhqiqat Bürosunun Vaşinqtondakı təcridxanasına köçürülübdür.

Mərziyyə Haşimi öz ailəsi ilə görüşmək üçün Amerikaya səfər etmişdi.