Yan 20, 2019 21:52 Asia/Baku
  • Nansi Plusi Federal Hökumətin fəaliyyətini bərpa etməsi üzrə təklifə qarşı çıxdı
    Nansi Plusi Federal Hökumətin fəaliyyətini bərpa etməsi üzrə təklifə qarşı çıxdı

ABŞ-ın Nümayəndələr Palatasının sədri ölkə prezidentinin federal hökumətin öz fəaliyyətini bərpa etməsinə dair təklifini rədd etdi.

Hill informasiya portalının bildirdiyinə görə, ABŞ-ın Nümayəndələr Palatasının sədri Nansi Plusi bir bəyanat yayaraq, bildirib: ABŞ prezidenti Donald Trampın təklifi daha öncə rədd edilmiş bir neçə təkliflərin toplusu idi. 

Bu bəyanatda həmçinin deyilir: Tramp miqrantlarla bağlı böhran üçün köklü həll yolu təklif etmir. 

Tramp bundan öncə "DAKA" qanunun icrası ilə razılaşacağını demişdi. 

"DAKA" qanunu Barak Obamanın prezidentliyi dövründə qəbul edilib və uşaq vaxtı valideynləri tərəfindən qanunsuz şəkildə ABŞ-a gətirilmiş insanları himayə məqsədini daşıyır. 

Tramp Ağ Evə daxil olduqdan sonra bu qanunu ləğv edib. 

Teqlər