Yan 22, 2019 11:26 Asia/Baku
  • Ağ Ev-ə gələndən sonra Trampın 8 mindən çox yalan iddiası qeydə alınıb
    Ağ Ev-ə gələndən sonra Trampın 8 mindən çox yalan iddiası qeydə alınıb

ABŞ prezidenti Ağ Ev-də olduğu iki il ərzində səkkiz mindən çox yalan iddia irəli sürübdür.

"Fakt Çeker" mərkəzinin statistikalarına əsasən, ABŞ prezidenti Donald Tramp Ağ Ev-ə daxil olduğu iki il ərzində 8158 yalan iddiaya malik olubdur ki, bu iddiaların təqribən altı min halını prezidentliyinin ikinci ilində irəli sürübdür. 

"Fakt Çeker" mərkəzinin statistikalarına görə, Tramp prezidentliyinin birinci ilində əsassız iddia ilə təqribən altı yalan dilə gətiribdir ki, bu rəqəm onun prezidentliyinin ikinci ilində gündə 16,5 yalana çatıbdır.

"Vaşinqton Post" qəzeti yazıbdır ki, Trampın prezidentliyinin ikinci ilindəki yalan iddiaları təqribən üçqat artıbdır.

"Fakt Çeker" mərkəzinin statistikalarına əsasən, Trampın ən çox yalanı 1433 hal ilə miqrantlar və mühacirət mövzusu barədə olubdur.

Bu rəqəmlərə görə, Tramp öz prezidentliyinin bu illərinin təkcə 82 günündə yalan danışmayıbdır. Buna da səbəb, onun qolf oynamaqla məşğul olması olubdur.

Teqlər