Yan 25, 2019 12:31 Asia/Baku
  • İndoneziyada sel; 59 nəfər həyatını itirdi
    İndoneziyada sel; 59 nəfər həyatını itirdi

İndoneziyanın Sulavesi adasında sel nəticəsində 59 nəfər həyatını itirib.

İRNA-nın məlumatına görə, güclü yağışların yağması Sulavesi adasında selə və daşqınlara səbəb olub. Nəticədə bir çox ev dağılıb, minlərlə insan evsiz qalıb. 

İndoneziyanın xilasedici qrupları indiyə kimi 3400 nəfəri böhranlı məntəqədən çıxardaraq, məktəb və məscid kimi ümumi məkanlarda məskunlaşdırıb. 

İndoneziya çoğrafi baxımdan təbii fəlakətlərin mərkəzində yerləşir. 

Teqlər