Yan 28, 2019 20:04 Asia/Baku
  • Avropa Birliyi: Breksit İngiltərədə səbatsızlığa səbəb olacaq
    Avropa Birliyi: Breksit İngiltərədə səbatsızlığa səbəb olacaq

Avropa Birliyinin kəşfiyyat xidmətinin məxfi informasiyasına əsasən, İngiltərənin bu ittifaqdan çıxması, yəni breksit, bu ölkədə onillərlə səbatsızlığa bais olacaq.

Avropa Birliyinin kəşfiyyat xidmətinin məxfi informasiyasına görə, breksit İngiltərə küçələrində onillərlə zorakılıq və toqquşmalara bais olacaq və Şotlandiyada və Şimali İrlandiyada istiqlaliyyət referendumlarının keçirilməsinə gətirib çıxaracaqdır.

Bu məlumata əsasən, əgər breksitdən sonrakı proses məyusedici olarsa, onda sağçı ekstremist qruplar İngiltərə küçələrində zorakılıqların baş verməsinə səbəb olacaqlar.

İngiltərə dövlətinin baş rəsmilərindən biri isə belə deyib: Hal-hazırda biz bütün Avropada xalq etirazlarının və sağçı ekstremist qrupların artmasının şahidiyik və breksit kimi mövcud durumda hər cür dəyişiklik bu şəxslərə öz etirazlarını aşkar şəkildə bəyan etmək fürsəti verəcəkdir.

 

 

Teqlər