Fev 06, 2019 18:15 Asia/Baku
  • Hindistan kosmosa rabitə peyki göndərdi
    Hindistan kosmosa rabitə peyki göndərdi

Hindistanın Kosmik Araşdırmalar Təşkilatı çərşənbə günü səhər özünün 40-cı rabitə peykini yerin orbitinə göndərib.

İRNA-nın məlumatına görə, Hindistanın Kosmik Araşdırmalar Təşkilatının nəzdində fəaliyyət göstərən "Satish Dhawan Space Centre" adlı kosmik araşdırmalar mərkəzinin rəisi Şri S Pandian deyib: Quruda və dənizdə rabitə xidmətlərinin göstərilməsi təyinatına malik olan "G Sat 31" peyki Aryan5 raketi ilə yerin orbitinə göndərilib. 

Bu məlumata görə, "G Sat 31" peyki Hindistanın Kosmik Araşdırmalar Təşkilatının 2019-cu ildə kosmosa göndərdiyi üçüncü peykdir. 

Hindistanın Kosmik Araşdırmalar Təşkilatı ötən ay da yerin orbitinə "Microsat R" adlı hərbi təynatlı bir peyk göndərmişdi. 

Hİndistanın Kosmik Araşdırmalar Təşkilatı ötən il kosmosa 104 peyk göndərməklə Rusiya və ABŞ kimi rəqiblərini geridə qoyaraq, yeni bir rekorda imza atıb. 

Teqlər