Fev 12, 2019 22:00 Asia/Baku
  • Miqrant ailələri Tramp əleyhinə şikayət etdilər
    Miqrant ailələri Tramp əleyhinə şikayət etdilər

Bir qrup miqrant ailəs ABŞ prezidenti Donald Trampın siyasətlərindən dəyən zərər və ziyanlara görə ABŞ hökuməti əleyhinə şikayət edib.

Hill informasiya portalının bildirdiyinə görə, 8 miqrant ailəsi bu şikayətin səbəbini ailə üzvlərinin bir-birindən ayrı saxlanılması nəticəsində dəyən mənəvi zərər və ziyanlar adlandırıblar.

Bu şikayət ərizəsində Trampın siyasətlərinin qurbanları arasında 7 yaşlı qız uşağı və 6 yaşlı bir oğlan uşağının da adları var.

Bu ailələrin vəkili Stanton Jonesin dediyinə görə, miqrant ailələri hökumətin "əsaslandırılması mümkün olmayan amansızlığına" görə şikayət ediblər. Onlar ABŞ hökumətindən kompensasiya tələb edirlər.

Teqlər