Fev 15, 2019 15:49 Asia/Baku
  • İrandakı terror hücumu BMT TŞ-də pislənib

BMT-nin Təhlükəsizlik Şurası bir bəyanatda İranın cənub-şərqindəki terror hücumunu pisləyib.

BMT-nin Təhlükəsizlik Şurası dünən bir bəyanatda bildirib ki, şuranın on beş üzvü hadisə qurbanlarının ailələrinə və İran dövlətinə dərin başsağlığı verərək, onların kədəri ilə bölüşür.

Bu bəyanatda deyilir: BMT-nin Təhlükəsizlik Şurasının üzvləri bir daha təsdiqləyirlər ki, terrorizm onun bütün formalarında beynəlxalq sülh və təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biridir.

BMT-nin Təhlükəsizlik Şurasının üzvləri vurğulayıblar ki, bu terror hərəkətinin amilləri, təşkilatçıları, sərmayə qoyanları və himayədarları cavabdeh olmalı və ədalətin əlinə verilməlidirlər.

BMT-nin Təhlükəsizlik Şurası bütün ölkələrdən istəyibdir ki, beynəlxalq qanunlar və Təhlükəsizlik Şurasının qətnamələri altındakı vəzifələrinə görə, bu sahədə İranın dövləti və digər əlaqədar məsul şəxsləri ilə həmkarlıq etsinlər.

Çərşənbə günü gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəki Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini üzərinə götürübdür.

 

 

 

Teqlər