Fev 15, 2019 20:21 Asia/Baku
  • Pakistan xalqının bin Salmanın səfərinə qarşı etirazları davam edir

Pakistan xalqından minlərlə nəfər səud vəliəhdinin səfərinə etiraz olaraq, ali-səudun regionun məzlum xalqlarına qarşı təcavüzkar siyasətlərini pisləyibdir.

Pakistanlı namazqılanlar bu gün Ravilpindi şəhərində cümə namazından sonra səud rejiminin regionun məzlum xalqlarına qarşı hücumlarını, o sıradan səud koalisiyasının yəmənlilərə qarşı təcavüzünün şiddətlənməsini pisləyərək, aksiya keçiriblər.

Etirazçılar səud hökmranları daxil olmaqla bəzi ərəb başçılarının Suriya və Yəmənə qarşı təcavüzlərdə əlbir olmalarını, eləcə də Fələstin xalqına qarşı sionist rejimlə saziş etmələrini pisləyərək, sionist rejim, ABŞ və ali- səud hökmranlarına qarşı şüarlar veriblər.

Aksiyaçılar ərəb ölkələrinin Pakistanın daxili işlərinə qarışmalarının region ölkələri, xüsusən dünya müsəlmanları üçün problemlərin yaranmasına bais olduğunu bildirərək, vurğulayıblar ki, Ərəbistan və bəzi digər ərəb dövlətləri özlərinin hücumçu hədəflərinə çatmaq üçün Pakistanı Yəmən savaşı daxil olmaqla region böhranlarına daxil etməyə və ondan mənfəət qazanmağa çalışırlar.

Ötən həftənin bazar günü də bin Salmanın Pakistana qarşıdakı səfərinə etiraz olaraq, İslamabaddakı müxbirlər klubunun qarşısında etiraz aksiyası keçirilmişdi.

Səud vəliəhdinin səfəri ərəfəsində İslamabadda və onun ətrafındakı məntəqələrdə güclü təhlükəsizlik tədbirləri görülüb və polisin bildirdiyinə görə, İslamabad və Ravilpindi şəhərlərində vətəndaşların avtomobillərinin izlənilməsi üçün minə yaxın yoxlama-buraxılış məntəqəsi yaradılıbdır.

Bin Salman sabah ikigünlük səfər məqsədilə Pakistana daxil olacaq və sonrakı gün İslamabaddan Malayziyanın paytaxtı Kuala-Lumpura yola düşəcəkdir.