Fev 16, 2019 10:03 Asia/Baku
  • Amerikada atışma; on nəfər ölüb və yaralanıb
    Amerikada atışma; on nəfər ölüb və yaralanıb

Amerika mediaları yerli vaxtla dünən axşam İllinoys ştatının Orora şəhərindəki bir sənaye şəhərciyində atışmanın baş verməsindən xəbər veriblər.

Orora polisi bildirib ki, bu atışmada beş nəfər ölüb, beş nəfər də yaralanıbdır. Bu beş yaralının hamısı polisdir.

Yerli mənbələrin bildirdiklərinə görə, hücumçu şəxs polisin atəşi ilə öldürülüb.

Polis bu şəhərcik ətrafındakı küçələri bağlayıbdır.

Amerika silahlı hücumlar, zorakılıq və girovgötürmə dalğası ilə üzləşir.

ABŞ prezidenti Donald Tramp bu ölkədə silaha malik olanların əsas himayədarlarından biridir.