Fev 16, 2019 10:36 Asia/Baku
  • Səud rejimi vəliəhdinin Pakistana səfəri təxirə düşüb
    Səud rejimi vəliəhdinin Pakistana səfəri təxirə düşüb

Pakistan xarici işlər nazirliyi bildirib ki, səud rejiminin vəliəhdi Muhəmməd bin Salmanın Pakistana səfəri bir gün təxirlə fevralın 17-də başlanacaq.

Səud vəliəhdinin İslamabada səfəri Pakistanın vətəndaş cəmiyyəti, insan haqlarını müdafiə fəalları, tələbə hərəkatları və dini hərəkatlarının etirazları ilə üzləşibdir.

Ötən bir neçə gün ərzində Pakistanın müxtəlif məntəqələri, o sıradan İslamabad və Ravilpindi ali-səuda qarşı aksiyaların şahidi olublar.

Pakistan xalqı Ərəbistanın Pakistanın daxili işlərinə qarışmasının region ölkələri, xüsusən dünya müsəlmanları üçün problemlərin yaranmasına bais olduğunu bildirərək, vurğulayıblar ki, Ərəbistan və bəzi digər ərəb dövlətləri özlərinin hücumçu hədəflərinə çatmaq üçün Pakistanı Yəmən savaşı daxil olmaqla region böhranlarına daxil etməyə və ondan mənfəət qazanmağa çalışırlar.

Səud vəliəhdinin Pakistana səfəri ərəfəsində İslamabadda və onun ətrafındakı məntəqələrdə güclü təhlükəsizlik tədbirləri görülüb və Pakistan polisinin bildirdiyinə görə, İslamabad və Ravilpindi şəhərlərində vətəndaşların avtomobillərinin izlənilməsi üçün minə yaxın yoxlama-buraxılış məntəqəsi yaradılıbdır.