Fev 16, 2019 11:19 Asia/Baku
  • H.Maas: Almaniya, İngiltərə və Fransa nüvə anlaşmasını qoruyacaqlar
    H.Maas: Almaniya, İngiltərə və Fransa nüvə anlaşmasını qoruyacaqlar

Almaniyanın xarici işlər naziri Münhen təhlükəsizlik konfransında Amerikanın Avropanı nüvə anlaşmasından çıxmağa çağırışını rədd edib.

Hayko Maas Amerikanın nüvə anlaşmasından çıxmasını tənqid edib və bildirib ki, Almaniya, İngiltərə və Fransa nüvə anlaşmasını qoruyacaqlar.

Maas əlavə edib: Almaniya İngiltərə və Fransa ilə yanaşı, nüvə anlaşmasının qorunması və davam etməsi üçün yollar tapıblar.

ABŞ-ın vitse-prezidenti Mayk Pens cümə axşamı günü Varşava konfransında və ondan sonra da avropalılardan Amerika kimi nüvə anlaşmasından çıxmalarını istəmişdi.

Belə bir halda, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini dünən axşam Münhen təhlükəsizlik konfransında vurğuladı ki, Avropa bütün təzyiqlərə rəğmən, nüvə anlaşmasının tam şəkildə icrasını davam etdirəcəkdir.