Fev 16, 2019 15:35 Asia/Baku
  • “İngilis İŞİD-çi”lərin öz ölkələrinə geri dönmələri ilə bağlı İngiltərənin başağrıları
    “İngilis İŞİD-çi”lərin öz ölkələrinə geri dönmələri ilə bağlı İngiltərənin başağrıları

İŞİD üzvü olan bir ingilis qadının İngiltərədə doğuş keçirmək üçün bu ölkəyə geri dönmək xahişi İngiltərə medialarının aktual mövzusuna çevrilib və bir daha İŞİD-in adını dillərə salıbdır.

İŞİD terror qrupunun dağılması və onun avropalı üzvlərinin öz vətənlərinə geri dönmək əzmkarlıqları İngiltərənin təhlükəsizlik və polis qüvvələri üçün bir kabusa, bu ölkədəki medialar üçün isə mühüm bir süjetə çevrilib və vətəndaşları da nigaran edibdir. 16 yaşından aşağı yaşda olan üç londonlu qız dörd il bundan öncə İŞİD-də qatılmaq üçün Londonun Qatvik hava limanından Suriyaya uçmuş onlarla ingilis arasında olubdur.

Kris Ninham- İngiltərədə anti-müharibə koalisiyasının baş üzvü:

Amerika və İngiltərənin müttəfiqləri və yaxın dostları sayılan səudiyyə ərəbistanı və birləşmiş ərəb əmirlikləri İŞİD-in əsas təminatçılarıdırlar ki, hazırda məyus olublar.

İŞİD-in Suriya və İraq şəhərlərini bir-birinin ardınca ələ keçirərək, dağıtdığı, Qərb medialarının da onların qələbələrinin xəbərini yaydıqları zaman İngiltərə vətəndaşlarının öz ölkələrinə geri dönmələrinə reaksiyalar elə idi ki, onlar qayıdarkən nigarançılıq hissi keçirməsinlər.

Mark Ravli- İngiltərə polisinin baş komandanı:

İŞİD-ə qoşulmuş qızların geri dönmək üçün heç bir nigarançılıqları olmamalıdır və əgər geri dönərlərsə, onlarla bir terrorçu kimi rəftar ediləcəyindən əsla qorxmamalıdırlar.

Şəmimə, Londonun şərqindəki bir məhəllədən özünü İŞİD sıralarına çatdırmış və hollandiyalı bir İŞİD-çi ilə izdivac etmiş üç ingilis qızdan biridir. Onun həmin izdivacdan iki uşağı olub, lakin bu uşaqlar pis qidalanma və xəstəlik səbəbindən ölübdür. Hazırda bu 19 yaşlı qadın üçüncü uşağını dünyaya gətirmək üçün İŞİD-çilərin də daxil olduqları təqribən 36 min ailənin qaldığı Suriyanın şimalındakı bir düşərgədən ismarıc göndərib ki, üçüncü övladını Londonda dünyaya gətirmək istəyir. Amma indi onun geri dönməsinə reaksiyalar İŞİD-ə qoşulduğu zamandakı reaksiyalara nisbətən 180 dərəcə dəyişibdir.

Piter Fehi- Mançesterin keçmiş polis rəisi:

Sadəlövhlük olardı ki, geri dönə, öz övladını burada dünyaya gətirə və adi yaşayışa malik ola biləcəyini zənn etmiş olsun.

Bu məsələyə İngiltərənin daxili işlər naziri Sacid Cavid də təkid edibdir.

Bəzi ekspertlər İŞİD-ə qoşulmuş İngiltərə vətəndaşlarını bu ölkə daxil olmaqla Avropa ölkələrində təkfirçi və ektremist qruplara meydan verməyin məhsulu hesab edirlər ki, azad şəkildə bu ölkənin paytaxtında və digər şəhərlərində fəaliyyət göstərib və medialar da onların ixtiyarlarında olubdur.

Tom Tagendat- İngiltərə müştərək təhlükəsizlik komitəsinin üzvü:

İŞİD-ə qoşulmuş qızın atası, fəaliyyəti qadağan edilmiş “Əlmuhacirun” ekstremist qrupunda bir fəal üzv idi və o, qızının təşviqatçısı olubdur.

İngilis mənbələr bildiriblər ki, azı 900 ingilis İŞİD-ə qatılıb; indiyədək onların 180 nəfəri öldürülüb, bəzisi isə geri dönübdür. Onların təqribən 360 nəfərinin taleyi də məlum deyildir. Təhlükəsizlik orqanlarının bildirdiklərinə görə, ötən illərdə 8 mindən çox Avropa vətəndaşı İŞİD sıralarına qoşulub; onların bəziləri bu terror qruplaşmasının İraq və Suriyadakı məğlubiyyətlərindən sonra öz ölkələrinə qayıdıblar. Bu qayıdışlar həmin ölkələrin xalqlarının nigarançılıqlarına bais olubdur.