Fev 20, 2019 13:51 Asia/Baku
  • Venesuela dövləti bəzi dəniz və hava sərhədlərini bağlayıb
    Venesuela dövləti bəzi dəniz və hava sərhədlərini bağlayıb

Venesuela dövləti Amerikanın kömək yüklərinin bu ölkə ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə Venesuelanın Karaib dənizində yerləşən üç ada ilə dəniz və hava sərhədlərinin bağlanması haqda göstəriş verib.

Venesuela ordusunun komandanlarından biri bu ölkənin Karaib dənizində yerləşən Krasao, Uruba və Bunair adaları ilə dəniz və hava sərhədlərinin bağlandığını bildirib. Bəzi mənbələr deyiblər ki, Amerika özünün Venesuelaya köməklərini öncə Krasao adasına, oradan da Venesuelanın daxilinə köçürmək niyyətindədir. Amma Venesuela dövləti bu köməkləri almaqdan çəkinərək bildiribdir ki, Amerikanın bu hərəkəti əslində ümumi fikri Venesuela ərazisinin işğalından yayındırmaq məqsədi güdür. Digər tərəfdən, Venesuela ordusu bir daha bu ölkənin prezidenti Nikolas Maduroya öz sədaqətini vurğulayaraq bildiribdir ki, önşərtsiz olaraq Maduronu himayə edir.

Venesuelanın müdafiə naziri də Donald Trampın Venesuelanın ordu qüvvələrinə qarşı son təhdidinə reaksiyada deyib ki, bu ölkənin ordu qüvvələri heç vaxt xarici bir dövlətdən göstəirş almayacaqlar, O, qeyd edib ki, ordu qüvvələri hər cür zorakılığın qarşısını almaq məqsədilə sərhəd məntəqələrində hazır vəziyyətə gətiriliblər.