Fev 20, 2019 19:06 Asia/Baku
  • Putin ABŞ-ın nüvə raketlərinin Avropada yerləşdirilməsi ehtimalı haqda xəbərdarlıq edib
    Putin ABŞ-ın nüvə raketlərinin Avropada yerləşdirilməsi ehtimalı haqda xəbərdarlıq edib

Rusiya prezidenti Moskvanın ABŞ-ın nüvə raketlərinin Avropada yerləşdirilməsi ehtimalına reaksiyaya hazır olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin bu gün bu ölkənin federal parlamentindəki ümumi çıxışında xəbərdarlıq edib ki, Moskva ABŞ-ın nüvə raketlərinin Avropada yerləşdirilməsinə reaksiya verəcəkdir.

Putin vurğulayıb: Moskva nəinki bu raketləri, həm də onlardan istifadə barədəki qərarçıxarma mərkəzini də hədəfə ala bilməlidir.

Rusiya prezidenti ABŞ ilə əlaqələr barədə deyib ki, Rusiya toqquşma ardınca deyil və bir kəsi hədələmir.

Putinin sözlərinə görə, Amerikanın dövlət başçıları öz təxribatçı siyasətlərini davam etdirir və dünyanın necə dəyişməkdə olmasından xəbərsizdirlər.

Putinin sözlərinə görə, ABŞ INF-dən çıxmasını sədaqətli şəkildə izah etməli və Rusiaya qarşı saxta ittihamlardan əl çəkməlidir.

Teqlər