Ermənistan Rusiyadan 12 ədəd Suxoy qırıcısı alıb
Ermənistanın müdafiə naziri deyib ki, ölkəsi Rusiyadan 12 ədəd Suxoy-30 qırıcısı alıbdır.
David Tonoyan İrəvanda müxbirlərlə müsahibədə deyibdir ki, Ermənistan 2019-cu ilin sonunadək Rusiyadan aldığı qırıcıalrdan dördünü təhvil almağa planlaşdırır.
Ermənistanın müdafiə naziri qeyd edib ki, ölkəsi özünün köhnə hərbi təchizat və silahlarını Rusiya silahları ilə əvəz etmək və yeniləşdirməkdədir.
Qeyd edək ki, çoxməqsədli Suxoy-30 qırıcısı dördüncü nəsildəndir. Onun sürəti saatda 2125 kilometrə çatır və 17 min metrlik hündürlüyədək havaya yüksələ bilir.
Bu qırıcı səkkiz ton ağırlığınadək istiqamətləndirilən bombaları və istiqamətləndirilməyən raketləri daşıya bilir.
Suxoy-30 hava kəşfiyyatı, quru qoşunlarının müdafiə çətiri və hava döyüşləri üçün də münasibdir və Amerikanın F-15 qırıcısına rəqib sayılır.