Fev 21, 2019 13:30 Asia/Baku
  • Avropalı rəsmi Mayk Pensin anti-İran sözlərini tənqid edib

Avropa Birliyinin xarici əlaqələr şurasının sədri ABŞ vitse-prezidentinin anti-İran sözlərini tənqid edib.

Avropa Birliyinin xarici əlaqələr şurasının sədri Karl Bildt dünən deyib ki, Amerikanın vitse-prezidenti Mayk Pensin sözləri İranla nüvə anlaşmasının qorunmasına səy göstərməkdə Avropanı daha da əzmkar edir.

Bildt Varşava konfransını nəticəsiz adlandırıb. Qeyd edib ki, Pensin Avropanın nüvə anlaşmasından çıxması istəyini irəli sürməkdə son məqsədi, bu anlaşmanı pozmaqdır.

Karl Bildt xatırladıb ki, avropalılar Amerikanın gərginlik yaradan siyasətlərindən uzaq gəzirlər.

Pens ötən həftə Varşava iclası zamanı, sonra da Münhen təhlükəsizlik konfransında onun "Amerikanın İrana qarşı sanksiyalarını təsirdən salmaq üzrə səy" adlandırdığı məsələyə görə Avropa ölkələrini tənqid etdi.

Amerikanın vitse-prezidenti deyib ki, Avropa nüvə anlaşmasından çıxmalı və İrana qarşı yeni sanksiyalar tətbiq etməlidir.

 

Teqlər