Fev 24, 2019 14:06 Asia/Baku
  • Lavrov: Suriyada müştərək hərbi əməliyyat planımız yoxdur
    Lavrov: Suriyada müştərək hərbi əməliyyat planımız yoxdur

Rusiya xarici işlər naziri bildirib ki, Suriyada Türkiyə, Rusiya və İranın müştərək əməliyyatı üçün heç bir plan yoxdur və bu üç ölkə Suriyada böhranın həllinə çalışır.

Türkiyə, Rusiya və İranın Suriyada sülh zaminləri olduqlarını bildirən Sergey Lavrov deyib ki, Rusiya və İran Suriyanın qanuni dövlətinin dəvəti əsasında bu ölkədə iştirak edirlər, Türkiyə də öz təhlükəsizlik şəraitindən nigaran olduğu üçün bu meydana giribdir.

Suriya dövlətinin Türkiyənin bu ölkədə hərbi iştirakı ilə müxalif oldğunu bildirən Lavrov qeyd edib ki, bununla belə, Dəməşq Türkiyə, Rusiya və İranın iştirak etdikləri Astana prosesinə dəstək verir.

Rusiya xarici işlər naziri bildirib ki, Suriyadakı kürd qruplar barədə Rusiya ilə Türkiyə arasında fikir birliyi yoxdur, ancaq Moskva Ankaranın kürdlər məsələsi barədəki nigarançılıqlarını dərk edir.

Teqlər