Fev 26, 2019 18:55 Asia/Baku
  • Moqerini: İngiltərənin Livan Hizbullahına qarşı sanksiyası Brüsselin mövqeyində təsirsizdir
    Moqerini: İngiltərənin Livan Hizbullahına qarşı sanksiyası Brüsselin mövqeyində təsirsizdir

Avropa Birilyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, İngiltərənin Livan Hizbullahına qarşı sanksiyası Avropa Birliyinin mövqeyini təsir altına almayacaq.

Federika Moqerini deyib: İngiltərənin Hizbullahın bütün qollarını sanksiya etmək barədəki qərarı və bu partiyanı "terror qrupu" adlandırması daxili bir qərardır və bu birliyin mövqeyinə bir təsir göstərmir.

Moqerini Livanın xarici işlər naziri Cubran Basil ilə birgə mətbuat konfransında əlavə edib: Avropa Birilyi qarşıda duran problemlərlə mübarizədə Livana dəstək verir.

İngiltərə dövləti dünən "Livan Hizbullahı hərəkatı İngiltərənin təhlükəsizliyinə qarşı bir təhdiddir" iddiası ilə çıxış edərək, bu qrupun adının terror qrupları siyahısına əlavə olunmasından xəbər verdi.

Teqlər