Fev 27, 2019 18:02 Asia/Baku
  • Moskva və Dəməşq ABŞ-ın Suriyadakı iştirakının sonlandırılmasını istədilər
    Moskva və Dəməşq ABŞ-ın Suriyadakı iştirakının sonlandırılmasını istədilər

Rusiya və Suriya ABŞ hərbçilərinin Suriyadan çıxarılması və Moskva və Dəməşqin Suriyanın cənub-şərqindəki Əl-Rəkban düşərgəsinin boşaldılmasına dair planının icrasına təkid ediblər.

Skay Nyus-un bildirdiyinə görə, Rusiya və Suriya çərşənbə günü birgə bəyanat yayaraq, Suriya və Rusiya qüvvələrinin Əl-Rəkban düşərgəsində olan qaçqınların təhlükəsiz məkana köçürülməsinə hazır olduğunu bildiriblər. 

Rusiyanın Müdafiə Nazirliyi tərəfindən yayılan bu bəyanatda həmçinin Amerikadan Suriyadakı qanunsiz iştirakına son qoyması və öz hərbçilərini Suriyadan çıxartması istənilib.

"Rusiya Barışıq Mərkəzi" ötən aylarda bildirib ki, Əl-Rəkban düşərgəsi  ABŞ-ın Tənəf məntəqəsindəki hərbi bazasının yaxınlığında yerləşməsinə və Suriya hökumətinin həmin düşərgə ilə əlaqəyə malik olmamasına görə, terrorçuların sığınacağına çevrilib. 

Teqlər