Fev 28, 2019 12:37 Asia/Baku
  • Maykl Kohenin şəhadət verməsi Tramp üçün yeni başağrısı yaradıb
    Maykl Kohenin şəhadət verməsi Tramp üçün yeni başağrısı yaradıb

ABŞ konqresinin nümayəndələr palatasının islahat və nəzarət komitəsinin sədri deyib: Donald Trampın keçmiş vəkili Maykl Kohenin şəhadət verməsi Amerika prezidentinin rəftarının legitimliyi barədə dərin nigarançılıq doğurubdur.

Elica Kaminqs dünən Maykl Kohenin dinləmə iclasında deyib: Maykl Kohen tərəfindən təqdim olunan sənəd və faktlar ABŞ prezidentinin Ağ Ev-də və ondan öncəki hərəkətləri barədə qanuni və əxlaqi nigarançılıqlara səbəb olub.

ABŞ konqresinin nümayəndələr palatasının islahat və nəzarət komitəsinin sədri söyləyib: Trampın keçmiş vəkilinin təqdim etdiyi faktlar olduqca nigaranedicidir və bütün amerikalıları narahat edəcəkdir.

Donald Trampın keçmiş vəkili Maykl Kohen dünən ABŞ konqresinin nümayəndələr palatasındakı şəhadətvermə iclasında Trampa qarşı müxtəlif ittihamlar irəli sürüb və Amerika prezidentini fırıldaqçı, irqçi və saxtakar adlandırıbdır.

Amerika medialarının son zamanlar Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləsi üzrə xüsusi müstəntiq Robert Müllerin təhqiqatının başa çatmaqda olduğunu bildirdikləri bir halda, Maykl Kohen Trampın seçki kampaniyasının pərdə arxası barədə yeni məlumatlar yayıb və bu, Müllerin təhqiqatını yeni etapa daxil edə bilər.

Amerika Federal Təhqiqat Bürosu tərəfindən təhqiq olunan Kohen Müllerin təhqiqatının əsas şahidlərindən sayılır.

Teqlər