Mart 02, 2019 11:16 Asia/Baku
  • Əlcəzair əhalisi Bu Təfliqənin yenidən namizəd olması əleyhinə aksiya keçirib
    Əlcəzair əhalisi Bu Təfliqənin yenidən namizəd olması əleyhinə aksiya keçirib

Əlcəzair əhalisi hazırkı prezidentin gələcək seçkilərdə iştirak etmək üçün öz namizədliyini yenidən irəli sürməsinə etiraz olaraq, aksiya keçirib.

Əl-Qüds Əl-Ərəbi qəzetinin yazdığına görə, Əlcəzairin paytaxtı olan Əlcəzirə şəhərinin sakinləri cümə günü hazırkı prezident Əbdüləziz Bu Təfliqənin beşinci dəfə prezident olmaq üçün namizədliyini irəli sürməsinə etiraz olaraq aksiya keçiriblər. 

Bu məlumata görə, ötən cümə günü onlarla nəfərin iştirakı ilə keçirilən etiraza aksiyasının ardınca bu cümə müxalif partiyaların dəvətiilə prezident sarayı qarşısında geniş aksiya keçirilib. 

Bu Təfliqə 1999-cu ildən Əlcəzairin prezidentidir. Xəstəlikdən əziyyət çəkən 82 yaşlı prezident çox az ictimaiyyətdə görünür. 

Əlcəzairdə prezident seçkiləri 2019-cu ildə keçiriləcək. 

Teqlər