Mart 03, 2019 16:26 Asia/Baku
  • Moskva Soçi razılaşmasının icrasında Ankaranın səhlənkarlıq etməsini tənqid edib
    Moskva Soçi razılaşmasının icrasında Ankaranın səhlənkarlıq etməsini tənqid edib

Rusiyanın xarici işlər naziri deyib ki, İdlib barədə bu ölkə ilə Türkiyə arasında Rusiyanın Soçi şəhərində əldə olunmuş razılaşma şərtləri tamamilə icra olunmayıbdır.

Sergey Lavrov deyib: Rusiya ilə Türkiyə arasında təhülkəsiz məntəqə, bütün ekstremist şəxslərin və ağır texnikanın məntəqədən çıxarılmaları xüsusiyyət təşkil etməklə İdlib məntəqəsində şərait sabitliyi barədə əldə edilmiş razılaşmanın şərtləri tam şəkildə icra edilməyibdir.

Lavrov əlavə edib: Biz öz türkiyəli şəriklərimizdən istəyirik ki, 17 sentyabrda imzalanmış razılaşmaya əsasən, İdlibdə gərginliyin azaldılması və məntəqədə sabitlik istiqamətində öz vəzifələrinə əməl etsinlər.

Rusiya prezidenti 2018-ci il sentyabrın 17-də Soçi şəhərində Türkiyə prezidenti ilə birgə mətbuat konfransında iki ölkənin İdlibdə Suriyanın ordu qüvvələri ilə yarımhərbçilər arasında on beş kvadrat kilometrlik mülki məntəqənin yaradılması üzrə razılaşmasından xəbər verdi.

Teqlər