Mart 03, 2019 20:52 Asia/Baku
  • Obamanın müavini 2020-ci il seçkilərində Trampın ən böyük rəqibi olacaq
    Obamanın müavini 2020-ci il seçkilərində Trampın ən böyük rəqibi olacaq

Yeni rəy sorğusuna görə, demokrat partiyasından Co Bayden və respublikaçılar partiyasından Mit Ramni 2020-ci il ABŞ prezident seçkilərində Trampın ən böyük rəqibləri olacaqlar.

Şənbə günü aparılmış qeyri-rəsmi rəy sorğusuna əsasən, Amerikadakı mühafizəkarlar sabiq prezident Barak Obamanın müavini Co Baydeni bu ölkənin hazırkı prezidenti Donald Tramp üçün ən böyük təhdid adlandırıblar.

Respondentlərin təqribən 40 faizi bu qənaətdədir ki, Bayden Trampın ən mühüm rəqibidir.

Respondentlərin 11-12 faizi də bu qənaətdədir ki, senator Berni Senders və senator Kamala Harris gələcək seçkilərdə Trampın əsas rəqibləridirlər.

Həmçinin bu rəy sorğusunda respublikaçılar partiyasında Trampın ehtimal olunan ən yaxın rəqibi senator Mit Ramni təqdim olunubdur.

Teqlər