Mart 05, 2019 23:29 Asia/Baku
  • Brexit
    Brexit" müəmmasını çözə bilmir

İngiltərənin baş naziri və mühafizəkarlar partiyasının rəhbərini bu günlər siyasi rəqibləri o qədər də maraqlandırmır. Çünki, hakim partiyanın və hətta, Nazirlər Kabinetinin daxilindəki ixtilaflar baş nazirin üzərindəki təzyiqlərin daha da artmasına səbəb olub.

Britaniyanın Avropa Birliyindən çıxması üçün təyin edilmiş möhlətin başa çatmasına dörd  həftədən də az zaman qalır. “Brexit”in tərəfdarları və müxaliflərinin aksiyaları isə failəsiz olaraq davam edir.Avropa Birliyindən çıxmaq üçün mexanizmin təyin edilməsi üzrə Britaniyanın apardığı məsləhətləşmələr hələ yekunlaşmayıb. Britaniyanın baş prokuroru və “Brexit” naziri Brüsselə səfər edərək, Avropa Birliyi rəsmiləri ilə məsəhətləşmələri davam etdirməyə, “Brexit” üçün münasib həll yolu tapmağa çalışıblar.Britaniya parlamentində isə İngiltərənin baş naziri, az təminatlı şəhərlərə yardım olaraq 1.6 milyard funt vəsaitin ayrıldığını elan etməsinin ardınca, bu yardımların Britaniyanın Avropa Birliyindən ayrılmasına səs vermiş şəhərlər üçün nəzərdə tutulmasında və bir onların etimadını əldə etmək üçün rüşvət verilməsində ittiham edilib.Britaniya vətəndaşı: “Məsələ budur ki, hökumət xalqın istəyini yerinə yetirə bilmir və çaşqın vəziyyətdədir. Bu vəziyyət nə “Brexit”in tərəfdarları, nə də müxalifləri üçün yaxşı heç nə vəd etmir.”Bu arada ən son statistik məlumatlara görə, İngiltərəyə idxal edilən qida məhsullarının 62%-i Avropa Birliyinə üzv ölkələrin payına düşür.İqtisadçı analitik: “Britaniyanın Avropa Birliyi ilə müştərək ticarət bazarını tərk edəcəyi təqdirdə, şübhəsiz qida məhsullarının təminatında çətinliklər yaranacaq.”Buna görə də həm ticarət mərkəzləri həm də vətəndaşlar indidən tədarükat görməyə başlayıblar.

Mağaza sahibi: “Biz hansısa problem yaranmasın deyə, indidən ərzaq məhsullarını depolamağa başlamışıq.”Bu arada İngiltərə polis rəisləri milli assosasiyası da indidən mağaza sahiblərinə ehtimal olunan oğurluqlara qarşı təhlükəsizlik tədbirlərini gücləndirmələrinə dair xəbərdarlıq edib.İngiltərə polisi “Brexit”dən sonrakı mərhələdə iğtişaşlar və çaxnaşmalar ilə mübarizə aparmaq üçün xüsusi dəstə yaratsa da, hökumət Nazirlər Kabineti və hakim partiyanın daxilindəki ixtilafları çözməyə çalışır.

Teqlər