Mart 08, 2019 14:20 Asia/Baku
  • Avropa Birliyi ABŞ-ın beynəlxalq ticarətə qarşı hərəkətləri haqda xəbərdarlıq edib

Avropa Birliyi xəbərdarlıq edərək bildirib ki, Amerikanın hərəkətləri beynəlxalq ticarətə qarşı bir təhdiddir.

Avropa Birliyinin ticarət komissarı Sesiliya Malmström dünən Amerikanın hərəkətinin beynəlxalq ticarət sistemini hədələdiyini bildirərək, Vaşinqtondan istəyibdir ki, ticarət qanunlarının islahı üçün daha artıq həmkarlıq etsin.

Malmström deyib ki, Avropa Birliyi və Amerika beynəlxalq ticarət məsələlərinin həlli yolu barədə razılığa gəlməyiblər.

Bu avropalı rəsmi Amerikanın Avropa Birliyindən polad və alüminium idxalına tətbiq etdiyi tariflərə toxunaraq, deyibdir ki, Brüssel bu hərəkətdən son dərəcə narahat olubdur.

ABŞ prezidentinin xarici ticarət sahəsindəki hücumçu siyasətləri Vaşinqtonun şəriklərini də hədəfə alıbdır.

Brüssel və Vaşinqton 2018-ci ildə bildirdilər ki, Ümumdünya Ticarət Təşkilatı qanunlarının islahı üçün əməkdaşlıq edəcəklər, amma bu həmkarlıq indiyədək nəticəsiz qalıbdır.

Teqlər