Mart 10, 2019 09:00 Asia/Baku
  • Venesueladakı bir elektrik stansiyasında partlayış baş verib
    Venesueladakı bir elektrik stansiyasında partlayış baş verib

Venesuelanın şərqindəki Bolivar ştatında yerləşən "Syudad Quayana" şəhərinin sakinləri dünən bu ölkənin "Sidur" adlı ən böyük polad sənayesi zavodları kompleksinin elektrik stansiyasında partlayışın baş verməsindən xəbər veriblər.

Sosial şəbəkələrdə yayılmış təsvirlər göstərir ki, alovla yanaşı olan qatı tüstü "Sidur" polad strukturlarını bürüyübdür.

Martın 6-da da Venesuela dövləti müxaliflərinin bu ölkənin böyük bir elektrik stansiyasındakı təxribatçılığı bütün Venesuelada elektrik enerjisinin kəsilməsilə nəticələnmişdi.

Bu təxribatçılıq nəticəsində Venesuelanın paytaxtı Karakasın və bu ölkənin digər 15 ştatının işığı tam şəkildə kəsildi.

Venesuela prezidenti Nikolas Maduro son zamanlar bildiribdir ki, Amerikanın onun ölkəsinə qarşı elan etdiyi elektrik müharibəsi uğursuluğa məhkumdur.

Amerika son həftələrdə Venesuela dövlətinin müxaliflərinə dəstək verərək, bu ölkədə çevriliş etməyə can atır.

Teqlər