Mart 10, 2019 19:08 Asia/Baku
  • Sanders: Tramp amerikalılar üçün utanc mənbəyidir
    Sanders: Tramp amerikalılar üçün utanc mənbəyidir

Demokratların 2020-ci il Amerika prezident seçkilərinə partiyadaxili namizədi bu ölkənin hazırlkı prezidentini yalançı və amerikalılar üçün utanc mənbəyi adlandırıb.

Berni Sanders bir toplantıda deyib: Donald Tramp yalandan vəd vermişdi ki, fəhlələrə dəstək verərək, onların hamısını tibbi sığorta ilə təmin edəcək, lakin elə bir qanunu imzaladı ki, onunla 32 milyon amerikalının tibbi sığortaya malik olmamasına bais oldu.

Bu amerikalı senator əlavə edib: Tramp Amerika xalqının xəcalətinə səbəb olur və biz yalan söyləmək xəstəliyinə mübtəla olmuş bir prezidentə malikik.

Sanders həmçinin Trampın iqlim dəyişiklikləri qarşısındakı mövqeyini tənqid edib. O, deyib: Mən Donald Trampa deyirərm ki, iqlim dəyişikliyi bir fırıldaqçılıq deyil, bu, Amerika və bütün yer planeti üçün ciddi bir təhdiddir.

Teqlər