Mart 12, 2019 17:49 Asia/Baku
  • Pelosi: Trampı impiçment etməyə dəyməz
    Pelosi: Trampı impiçment etməyə dəyməz

ABŞ konqresinin nümayəndələr palatasının sədri deyib ki, bu ölkənin prezidenti Donald Trampı impiçment etməyə dəyməz və bu iş təfriqə salacaqdır.

Nensi Pelosi "Vaşinqton Post" qəzeti ilə müsahibədə demokrat partiyası üzvlərinin Trampın impiçment edilməsi üzrə artmaqda olan tələbələrinə toxunaraq, əlavə edib: Trampın impiçment edilməsilə müxalifəm, zira belə bir işin Amerika üçün ağır nəticələri olacaq.

Pelosi deyib: Tramp əxlaq, təfəkkür və ağıl cəhətdən prezidentlik üçün qeyri-münasibdir, amma onun impiçment edilməsi təfriqəsalma mahiyyəti daşıyacaqdır.

Demokratların əksəriyyət təşkil etdikləri ABŞ konqresinin nümayəndələr palatası son zamanlar informasiya komitəsində Amerika prezidenti Donald Trampın impiçment edilməsi üçün onun şəxsi həyatı və iqtisadi fəaliyyətləri barədə təhqiqat layihəsinə başlayıbdır.

Teqlər