Mart 13, 2019 12:32 Asia/Baku
  • Pompeo İrana qarşı
    Pompeo İrana qarşı "rəcəz" oxudu

ABŞ dövlət katibi İran İslam Respublikasına qarşı düşmənçiliklərinin davamında Vaşinqtonun İranın neft istehsalını sıfıra endirmək niyyətində olduğunu dedi.

Sputnik informasiya agentliyinin bildirdiyinə görə, Mayk Pompeo çərşənbə axşamı ABŞ-ın Texas Ştatının Hyuston şəhərində keçirilən Enerji Həftəsi Konfransının kənarında dedi: Vaşinqton İranın xam neft ixracatını sürətlə və bazar şəraitinin icavzə verdiyi formada sıfıra endirmək niyyətindədir. 

Pompeo həmçinin, dünyanın neft sənayesindən ABŞ-ın xarici siyasətinə xidmət etmək və "beynəlxalq arenadakı pis oyunçuları cəzalandırmaq" üçün Vaşinqtonun kənarında yer almasını istədi. 

ABŞ 2018-ci ilin mayında İran ilə nüvə anlaşmasından çıxaraq, İrana qarşı nüvə sanksiyalarını yenidən bərpa etdi. 

Vaşinqtonun bu qeyri qanuni siyasəti əsasən İranın neft sənayesinə qarşı yönəlib. Amma, dünya ölkələri o cümlədən Çin, Rusiya, Hindistan və Türkiyənin ABŞ-ın istəklərinə təslim olmaması Vaşinqtonun İran neftinə qarşı sanksiyalarını təsirsiz etdi. 

Teqlər