Mart 13, 2019 20:23 Asia/Baku
  • Əlcəzairli müəllimlər və tələbələr Buteflika əleyhinə aksiya keçiriblər
    Əlcəzairli müəllimlər və tələbələr Buteflika əleyhinə aksiya keçiriblər

Əlcəzairdə yüzlərlə müəllim və tələbə bu ölkə hökuməti və prezident əleyhinə aksiya keçirib.

Fransa xəbər agentliyinin bildirdiyinə görə, yüzlərlə müəllim və tələbə çərşənbə günü paytaxt Əlcəzirədə aksiya keçirərək, prezident Əbdüləziz Buteflikanın dördüncü prezidentlik dövrünün uzun olmasına etiraz ediblər.

Əbdüləziz Buteflika 2013-cü ildə beyin infarktı keçirib. O zamandan bəri ictimaiyyət qarşısına çıxmır.

Əlcəzair prezidenti həkim müayinəsindən keçmək və müalicə olunmaq üçün İsveçrəyə olan səfərini çərşənbə axşamı başa vuraraq, ölkəsinə qayıdıb. O, növbəti prezident seçkilərində iştirak etməyəcəyini elan etsə də, ona qarşı etirazlar səngimək bilmir.

 

Teqlər