Mart 14, 2019 10:36 Asia/Baku
  • ABŞ-da Boeing 737 Max-8 təyyarəsinin uçuşu dayandırılıb

Boeing 737 Max-8 tipli sərnişin təyyarələrinin son ölümcül hadisələr törətməsinin ardınca ABŞ prezidenti həmin təyyarənin bu ölkədə uçuşunun dayandırılması haqda göstəriş verib.

Donald Trampın bu göstərişi Kandananın da dünən öz hava donanmasındakı Boeing 737 Max-8 tipli sərnişin təyyarələrinin uçuşlarını dayandırmasından sonra elan olunubdur.

Bundan öncə Meksika, Efiopiya, Malayziya, Sinqapur, Çin, Avstraliya, İngiltərə, Braziliya, Oman, Almaniya, İraq və Ukrayna da bu təyyarələrin uçuşunu dayandırmışdılar.

Martın onunda Efiopiyanın paytaxtı- Əddis-Əbəbədən Keniyanın Nayrobi şəhərinə uçan Efiopiya hava yollarına aid bir ədəd Boeing 737 Max-8 təyyarəsi aeroportdan havaya qalxandan bir neçə dəqiqə sonra süqut etdi və onun bütün 157 sərnişini və ekipaj üzvləri həlak oldular.

Teqlər