Mart 14, 2019 20:48 Asia/Baku
  • Ermənistan hökumətinin borcları artıb

Erməni medialar Ermənistan hökumətinin borc böhranı ilə üzləşməsindən xəbər veriblər.

Erməni "Joğovurd" qəzetinin rəsmi statistikalara istinadlı məlumatına görə, Ermənistan hökumətinin borcu bu ilin yanvar ayından fevralın 28-dək iyirmi milyon yeddi yüz min dollar artaraq, təqribən altı milyard 943 milyon dollara çatıbdır.

"Joğovurd" qəzeti əlavə edib: Ermənistanın baş naziri Nikol Paşinyanın hökuməti öncə dövlət borclarının azaldılması siyasətini yürüdür və xarici kreditləri qəbul etməyə hazır deyildi. Amma hazırda daha artıq kreditlər almaq məsələsini araşdırmağa məcburdur.

Teqlər