Mart 18, 2019 19:51 Asia/Baku
  • Hollandiyanın Utrext şəhərində atışma; 12 ölü və yaralı
    Hollandiyanın Utrext şəhərində atışma; 12 ölü və yaralı

Medialar Hollandiyanın Utrext şəhərində atışma nəticəsində üç nəfərin ölməsi və azı doqquz nəfərin yaralanmasından xəbər veriblər.

Hollandiyanın Utrext şəhərində bir tramvayda atışma hadisəsində üç nəfər ölüb, doqquz nəfər də yaralanıbdır. Hücumçu şəxs fəraridir və polis vertolyotla məntəqədə axtarış aparmaqdadır.

Polisin ehtimalına görə, bu hadisə bir terror hücumudur. Polis vətəndaşlara tövsiyə edibdir ki, şübhəli şəxslərdən ehtiyat etsinlər. Polis həmçinin bir az öncə atışma məkanının yaxınlığındakı bir binaya hücum edibdir.

Hollandiya polisi Utrext hücumu ilə əlaqəsi olan "Gökhan Tanıs" adlı bir Türkiyə vətəndaşı barədə məlumat toplamaqdadır. Bir çox informasiya kanalı bu gün, Utrextdə atışmada şübhəli bilinən şəxs barədə ilkin təsvirləri yayıb. Təhlükəsizlik qüvvələri Hollandiyanın bəzi şəhərlərində, o sıradan Utrextdə məscidləri mühasirə ediblər.