Mart 19, 2019 14:48 Asia/Baku
  • London meri qərbli siyasətçilərin anti-İslam hərəkətlərini tənqid edib

London meri Yeni Zelandiya terrorçu və ölümcül hadisəsinin kökünün qərbli siyasətçilərin anti-İslam mövqelərində olduğunu bildirib.

London meri Sadıq xan Yeni Zelandiya hadisəsi qurbanlarının anım mərasimində bildirib ki, müsəlmanlar İngiltərədəki islami mərkəzlər və məscidlərin təhlükəsizlik əmsallarının artırılmasını vurğulayırlar.

London meri əlavə edib: Müsəlmanlar yəhudilərin məktəbləri və sinaqoqlarının qorunmasında həyata keçirilən səviyyədə mühafizə tədbirlərinin İngiltərədəki islami mərkəzlər, məktəblər və məscidlərin qorunmasına da yönəldilməsini istəyirlər.

İngiltərənin baş yepiskopu Castin Uelbi də bu mərasimdə çıxış edərək deyib ki, kilsə müsəlmanların yanında dayanıb. O, indiyədək bu barədə səhlənkarlığın edilməsinə görə, üzr istəyib.

İngiltərənin baş yepiskopu deyib: Müsəlmanlara nifrət edən kəslər bizim hamımıza nifrət edirlər və Yeni Zelandiya hücumunu himayə edən kəslər əslində bizim hamımıza hücum ediblər.

Uelbi Yeni Zelandiya hücumunu bəşəriyyət sivilizasiyasına qarşı bir xətər adlandırıb və bildirib ki, Allah-Taalaya iman və din, ifratçılıq problemi ilə mübarizə və həll yolunun bir hissəsidir.

Silahlı terrorçular cümə günü Yeni Zelandiyanın Kraysçörç şəhərində yerləşən Linvood və Əlnur məscidlərinə daxil olaraq, namazqılanları atəşə tutdular. Bu cinayətdə 52 namazqılan öldürüldü, onlarla nəfər də yaralandı.

İndiyədək bir çox ölkə və beynəlxalq təşkilat bu vəhşicəsinə cinayəti pisləyibdir.