Mart 19, 2019 19:39 Asia/Baku
  • Londonda anti-islam siyasətə qarşı etiraz

İngiltərə daxili işlər nazirliyi bu ölkənin polis idarələrində qeydə alınan şikayətlərə toxunaraq, bildirib ki, ötən bir ildə bu ölkədə dini nifrətdən irəli gələn hücumlar təqribən qırx faiz artımla 49 mindən çox hala çatıbdır; bu da ötən beş ildəki miqdardan ikiqat çoxdur.

İslamofobiya, İslam dini ilə mübarizə və bir qrup media və siyasətçilər tərəfindən onun böyüdülməsi uzun müddətdir, İngiltərədəki insan haqları orqanlarını və müsəlmanları reaksiyaya və xəbərdarlığa məcbur edibdir.

Kişi: Biz çalışırıq ki, islamofobiya Qərb cəmiyyətlərində irqçiliyin ən yuxarı və cari forması kimi təqdim olunsun. Bu gün dünyada əmin-aman bir yer yoxdur.

Kişi: Bu ölkədə əllərində qüdrət olan şəxslərin təfəkkürləri hələ də müstəmləkəçilik dövrünə məxsusdur.

İngiltərədə islami mərkəzlərə və müsəlmanlara qarşı hücumların artması, bu ölkənin müsəlmanlar şurası və islami insan haqları komissiyasını İngiltərə dövlətindən müsəlmanların təhlükəsizliyinin təminində ayrı-seçkiliyə son qoymasını istəməyə məcbur edibdir.

Qadın: Son illərdə İngiltərədə və digər Avropa ölkələrində islamofobiya artmaqdadır. Halbuki islami mərkəzlərdə müsəlmanlara qarşı hücum hallarından bir çoxu barədə məlumat verilmir. Çünki təcrübə göstərir ki, lazımi izləmə həyata keçirilmir.

İngiltərə müsəlmanlar şurası və islami insan haqları komissiyasının bildirklərinə görə, dini nifrətdən irəli gələn hücumların 52 faizinin islami mərkəzlərə və müsəlmanlara qarşı olduğu bir halda, İngiltərə hökuməti hər bir yəhudi orqanın təhlükəsizliyi və mühafizəsi üçün təqribən 25 min funt sterlinq vəsait ayırıb, amma İngiltərədəki islami mərkəzlər və məscidlərin qorunması üçün 500 funt sterlinqdən az bir vəsait nəzərdə tutubdur.