Mart 20, 2019 17:32 Asia/Baku
  • Qazaxıstan paytaxtının adı dəyişdi

Qazaxıstan paytaxtı rəsmi şəkildə Astanadan bu ölkənin istefa vermiş prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultana dəyişdi.

Bu addəyişmə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefasından bir gün sonra Qazaxıstanın müvəqqəti prezidenti Kasım-Jomart Tokayevin təklifi formasında bu ölkənin parlamenti tərəfindən qəbul olunubdur.

Yeni prezident seçkilərinədək prezident kürsüsünə söykənəcək Kasım-Jomart Tokayev bu gün səhər təklif etdi ki, sabiq prezidentin xidmətlərini qiymətləndirmək məqsədilə ölkəsinin paytaxtının adı Nursultana dəyişsin.