Mart 20, 2019 18:08 Asia/Baku
  • Karakas Trampın yeni hərbi hədəsinə reaksiya verib

Venesuela xarici işlər nazirliyi ABŞ prezidentinin yeni hərbi hədəsinə reaksiyada vurğulayıb ki, Karakas bu təhlükəli sözləri qətiyyətlə rədd edir.

Venesuela xarici işlər nazirliyi ABŞ prezidenti Donald Trampın öz braziliyalı həmkarı Jair Bolsonaru ilə görüşdəki  təhdidedici sözlərinə reaksiyada bir bəyanat yayaraq, bildirib ki, Venesuela dövləti Trampın və Bolsonarunun sözlərini qəti şəkildə rədd edir.

Bəyanatda deyilir: Venesuela dövləti Latın Amerikasında və Karaib dənizində sülh məntəqəsinin yaradılmasına əmin olmaq məqsədilə beynəlxalq qanunlara öz sədaqətini davam etdirəcək.
Donald Tramp dünən Ağ Ev-də Jair Bolsonaru ilə görüşdə Venesuelanın qanuni prezidenti Nikolas Maduronu hərbi hücumla hədələyibdir.
Mövqeyi Amerikanın mövqeləri ilə üst-üstə düşən Braziliya prezidenti Jair Bolsonaru Quaydoya dəstəyin davam etdirilməsi zərurətindən danışıb.


 

Teqlər