Mart 20, 2019 19:04 Asia/Baku
  • Pelosi Trampın impiçmentinin qaneedici olması vacibliyini vurğulayıb

ABŞ konqresinin nümayəndələr palatasının sədri bir daha Trampın impiçment edilməsinin dəlillərinin həm respublikaçılar partiyası, həm də demokrat partiyası üçün qaneedici olması vacibliyini vurğulayıb.

Nensi Pelosi “USA Today” qəzetinə deyib: Respublikaçıların dəstəyi olmadan Trampı impiçment edəriksə, bu zaman vaxtımızı hədər etmiş olarıq.

ABŞ konqresinin nümayəndələr palatasının sədri əlavə edib: ABŞ konqresinin nümayəndələr palatasının bəzi demokrat üzvləri Trampın seçkilərdə qalib gəldiyi gündən bəri onu impiçment etmək istəyirlər, amma sənədlərimiz o qədər əhatəli və yetərli olmalıdır ki, respublikaçılar da bu addımı atmağa qane olmuş olsunlar.

Demokratların əksəriyyət təşkil etdikləri ABŞ konqresinin nümayəndələr palatası son zamanlar informasiya komitəsində Amerika prezidenti Donald Trampın impiçment edilməsi məqsədilə onun şəxsi həyatı və iqtisadi fəaliyyətləri barədə təhqiqat layihəsinə başlayıbdır.

 

 

Teqlər