Mart 21, 2019 12:41 Asia/Baku

Beynəlxalq Ədalət Məhkəməsi çərşənbə günü hərbi cinayətlər törətdiyinə görə, Bosniya serblərinin başçısı Radovan Karaciçi ömürlük həbsə məhkum edibdir.

Beynəlxalq Ədalət Məhkəməsi çərşənbə günü Karaciçin onun qırx il həbs hökmünə yenidən baxılması üzrə ərizəsini araşdırmaq məqsədilə bir iclas təşkil etmişdi.

Bu məhkəmə Karaciçin ötən hökmünün apellyasiyası gedişində bu nəticəyə gəlibdir ki, onun cinayətləri üçün qırx il həbs azdır və buna görə, onun hökmünü ömürlük həbsədək artırıbdır.

Bosniya müharibəsi canilərinin işinə baxan Beynəlxalq Ədalət Məhkəməsi Radovan Karaciçin cinayətlərini soyqırımı, hərbi cinayət və bəşəriyyətə qarşı cinayət adlandırıbdır.

Bosniya soyqırımı 1995-ci ildə serb qüvvələr tərəfindən Serbrenitsa şəhərində törədilmiş iki geniş qırğına, həmçinin 1992-1995-ci illər ərzindəki müharibə zamanı Serbiya ordusu tərəfindən bütün Bosniyada aparılmış etnik təmizləməyə aid olur.