Mart 23, 2019 20:54 Asia/Baku
  • İstanbul iclasının yekun bəyanatında İslamofobiya ilə mübarizəyə təkid edildi
    İstanbul iclasının yekun bəyanatında İslamofobiya ilə mübarizəyə təkid edildi

Yeni Zelandiyada baş vermiş son cinayət hadisəsinin araşdırılması məqsədilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda təşkil edilən fövqəladə iclası başa çatdı. İclasın yekun bəyanatında İslsamofobiya ilə birgə mübarizəyə təkid edildi.

Dünya mediaları tərəfindən işıqlandırılan bu xatirə şəklindən aydın olan məsələ Qərbin İslamofobiya siyasətinin nəticəsi olan təhlükəli bir fenomen ilə mübarizədə birgə və kollektiv mübrizə iradəsinin olmasıdır.

Islam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri İran İslam Respublikası və digər İslam ölkələrinin təklifi və təşəbbüsü ilə İstanbulda bir araya gəlmişdilər. Məqsəd dünya müsəlmanlarına qarşı yönəlmiş təhdidlə bağlı təhlükə siqnalını səsləndirmək idi.

Yeni Zelandiyanın xarici işlər naziri də İƏT-in xarici işlər nazirlərinin fövqəladə İstanbul iclasının xüsusi qonağı idi. O, ölkəsində müsəlmanlara qarşı törədilmiş vəhşilikdən dərin təəssüf hissi keçirdiyini bildirərək, Yeni Zelandiya hökuməti və xalqının müsəlmanların kədərini bölüşdüyünü dedi.

Yeni Zelandiyanın xarici işlər naziri: “Baş vermiş hadisə Yeni Zelandiya xalqını dərindən yaraladı. Bu cinayəti törədənlərin ömürlərinin sonuna kimi bu hərəkətlərinə görə əzab çəkməli olacaqlarına söz verirəm.”

Yeni Zelandiya xarici işlər nazirinin bu sözləri Türkiyə prezidenti və iclas iştirakçıları tərəfindən müsbət qarşılandı.

Rəcəb Təyyib Ərdoğan – Türkiyə prezidenti: “Yeni Zelandiya hökuməti və xalqının baş vermiş hadisə ilə bağlı sərgilədiyi mövqe Qərb dövlətləri üçün bir nümunə olmalıdır. Çünki, dünyada irqçiliyin qurbanları sadəcə müsəlmanlar deyillər.”

 

İran İslam Respublikasının xarici işlər naziri də bu iclasda İranın Qərbdə artmaqda olan İslamofobiya ilə bağlı nigaranlıqlarını dilə gətirdi.

Zərif bu məsələni Pakistanın xarici işlər naziri və İraqın xarici işlər naziri müavini ilə təkbətək görüşlərində də diqqət mərkəzində saxladı.

 

Məhəmməd Cavad Zərif – İranın xarici işlər naziri: “Hamı bu qənaətdədir ki, baş vermiş hadisə bir nəfər tərəfindən törədilmiş və psixoloji durumdan qaynaqlanan bir hadisə olmayıb. Əksinə, bu hadisə Qərbin təbliğ və təşviq etdiyi və ya ən azı çox tolerant yanaşdığı İslamofobiya cərəyanı nəticəsində bu gün belə bir hadisənin şahidiyik. Və elə buna görə də İslam ölkələri məhz bu nigaranlığı nəzərə alaraq, ona uyğun şəkildə də qərar qəbul etdilər. Bu, iclasın yekun bəyanatında da tam aydın formada öz əksini tapıb.”

İstanbul iclasının sonunda qəbul edilən  yekun bəyanatda İslam ölkələrinin nümayəndələri Qərbin İslama qarşı  yönəlmiş hərəkətləri ilə birgə mübarizəyə təkid edildi.

 

 

Teqlər