Mart 24, 2019 13:21 Asia/Baku
  • ABŞ ordusunun hava hücumlarında 13 əfqan mülki həlak olub

ABŞ ordusunun Əfqanıstanın şimalındakı Qonduz vilayətinə qarşı hava hücumlarında 13 əfqan mülki həlak olub. Ölənlər arasında uşaqlar və qadınlar da var.

Qonduz vilayət şurasının üzvü Əmraluddin Vəli deyib ki, bu hava hücumları şənbə günü gecə baş verib və üç əfqan mülki də yaralanıbdır.

Bu hücumlarda bir neçə mənzil tamamilə dağılıb.

Amerikanın hərbi mənbələri iddia etmişdilər ki, talibançılar bu mənzillərdə gizlənibmişlər.

Amerikalı hərbçilər son aylar Əfqanıstanın müxtəlif məntəqələrində onlarla gecə əməliyyatı keçiriblər.

 

Teqlər