Mart 24, 2019 18:57 Asia/Baku
  • Ayday qasırğası qurbanlarının sayı 700 nəfərə çatıb

Ayday qasırğası qurbanlarının sayı indiyədək 700 nəfərdən yuxarı elan olunub və itkinlərin sayının çox olmasına görə, tələfatın sayının artması ehtimal olunur.

Bir həftədən çox müddət öncədən üç Afrika ölkəsi- Mozambik, Zimbabve və Malavini problemlə üzləşdirmiş dəhşətli Ayday qasırğasında həlak olanların rəsmi sayı 700 nəfərdən yuxarıya çatıb. Ehtimal üzrə bu təbii fəlakətdən irəli gələn daşqının dayanması ilə həlak olanların sayı artacaqdır.

Mozambik ekologiya təşkilatının məlumatına görə, bu ölkədə həlak olanların sayı 417 nəfərə çatıbdır.

Zimbabve isə bu ölkədə həlak olanların miqdarını 259 nəfər elan edib. Malavidə isə bu hadisədə 56 nəfər həyatını itirib.

Təqribən bir milyon 700 nəfər hələ də qasırğa və daşqının törətdiyi fəsadlarla mübarizə aparır və yardım əməliyyatları da olduqca aşağı tempə malikdir.

Teqlər