Mart 25, 2019 12:41 Asia/Baku
  • "Sarı jilet"lilərin etiraz aksiyası - Paris

Fransa anti-kapitalizm cərəyanı və hökumət əleyhinə xalq etirazları artıq 19 həftədir ki, davam edir. Yaranmış böhranı dialoq və sivil yolla həll etmək istəməyən Makron hökuməti xalqı susdurmaq üçün “dəmir yumruq” siyasətinə üz tutub.

Bu Fransanın Nis şəhəridir. İnsanları qorxuya salan terror hücumu deyil. Onlar, prezident Makronun xalqı repressiya etmək üçün səfərbər etdiyi xüsusi təyinatlı qüvvələrin əlindən qaçmağa çalışırlar.

Fransa vətəndaşı: “Biz qalib gələcəyik. Bu şüar anti-kapitalizm hərəkatı üzvlərini ruhlandırmaq üçündür. Ötən günlərdə qanunsuz şəkildə həbs edilən və ya kor olan insanlar məğlub olduqlarını düşünməməlidirlər. Biz qələbə çalacağıq. Çünki haqq bizimlədir və Fransa xalqı da bizi dəstəkləyir.”

Monpoli şəhərinin sakini olan bu 73 yaşlı qadın da Fransa polisinin zorakılığına məruz qalaraq, ağır şəkildə xəsarət alıb və xəstəxanaya köçürülüb. İndiyə kimi anti-kapitalizm yürüşlərində 4 mindən çox insan xəsarət alıb.

Fransa vətəndaşı: “Fransa daim insan haqlarından dəm vurur. Amma, hər həftə sonu Makron polislərini insanların üzərinə salaraq, onları şikəst etməyə çalışır. Fransa mediaları da anti-kapitalizm cərəyanı haqda yalan təbliğatlar aparırlar. İnsan haqları və azadlıqlar hər gün daha artıq məhdudlaşdırılır. Bəli, bu gün Fransada reallıq bundan ibarətdir.”

Bordo, Tulza, Mets, Sanbruks, Lil, Turkuvan və Parisdə insanlar etiraz aksiyalarının qadağan edilməsinə rəğmən bir daha küçələrə axın etdi.

Maraqlıdır, bu şəhərlərdə etiraz aksiyalarını yatırtmaq üçün hər adam başına 3 polis, anti-terror və jandarma qüvvəsi səfərbər edilmişdi. Fransa prezidentinin göstərişi əsasında ilk dəfə olaraq etiraz aksiyalarını yatırtamq üçün cəlb olunmuş ordu qüvvələrinə lazım gəldiyi təqdirdə insanlara qarşı döyüş güllələrindən istifadə etmək icazəsi verilib. Etiraz aksiyalarının 19-cu şənbəsində daha 400 nəfərin saxlanılması ilə indiyə kimi saxlanılan insanların sayı 9400 nəfərə çatıb.

Fransa vətəndaşı: “Şərait dəyişənə kimi biz mübarizə aparacağıq. Fransa xalqı artıq 19 həftədir ki, küçələrdədir. Hökumət isə dialoq yerinə xalqı ordu gücünə repressiya etməyə çalışır. İnsanlar bu yolda gözləri, əlləri və ya ayaqlarını itiriblər. Buna görə də, bu hərəkatı yarımçıq dayandırmaq olmaz. Biz bu hökuməti rəsmən tanımırıq və bizim üçün bu hökumət öz legitimliyini itirib.”

Fransa hökumətinin etiraz aksiyalarının repressiya edilməsində daha amansız davranmaq qərarına gəlməsi bu ölkə hökumətinin yaranmış böhranın dinc yolla həll edilməsində nakam qalması və elə buna görə də “dəmir  yumruq” siyasətinə üz tutmasından xəbər verir. 

Anti-kapitalizm cərəyanının üzvləri polis zorakılıqları və repressiyaların artmasına hətta, onlara qarşı ordunun belə səfərbər edilməsinə baxmayaraq, öz tələblərindən vaz keçmək niyyətində deyillər.