Mart 25, 2019 17:19 Asia/Baku
  • Müllerin hesabatı yayılıb

Amerikanın baş prokuroru Uilyam Bar bu gün səhər tezdən Müllerin hesabatından dörd səhifəlik bir xülasəni ABŞ konqresinə təqdim edib.

Tam mətni hələ də yayılmamış bu hesabatda deyilir: Hesabat bu nəticəyə gəlir ki, prezident cinayət işləməyib, amma ittihamı da onun üzərindən götürmür.

ABŞ konqresinin demokrat liderləri özlərinin bu barədəki birgə bəyanatlarında yazırlar: Müfəttiş Mülerin hesabatı prezidenti "ədalətin icrasının qarşısının alınması" kimi ciddi ittihamdan təmizə çıxarrmayıb. Bunun özü bu hesabatın və onunla yanaşı olan sənədlərin tez bir zamanda, tam və əyani şəkildə yayılması zərurətinə bir dəlildir.

ABŞ prezidenti Rusiyanın 2016-cı il Amerika prezident seçkilərinə iddia olunan müdaxiləsi işi üzrə xüsusi müfəttiş Robert Müllerin təhqiqatı barədəki hesabata reaksiyada bildirib ki, bu hesabatla o, tam şəkildə bəraət qazanıbdır.

Robert Müllerin təhqiqatı 2017-ci ildən başlanıb və bu barədə yekun hesabat Amerika ədliyyə nazirliyinə təhvil verilib. Rusiya daima bu iddianı rədd edibdir.

Teqlər