Mart 25, 2019 20:34 Asia/Baku
  • ABŞ ordusunun hava hücumunda beş əfqan hərbçi həlak olub

ABŞ ordusunun Əfqanıstanın Oruzqan vilayətinə qarşı hava hücumunda beş əfqan əsgər öldürülüb.

Oruzqan vilayətindəki təhlükəsizlik mənbələri bu gün bildiriblər ki, bu hücum dünən gecə Tərin Kot şəhərinin Kariz məntəqəsində baş verib. Bu hücumda ondan çox əfqan hərbçi də yaralanıbdır.

Amerika ordusunun şənbə günü gecə Əfqanıstanın şimalındakı Qonduz vilayətinə qarşı hava hücumlarında da bir qrup uşaq və qadın daxil olmaqla on dörd mülki həlak olmuşdu.

ABŞ hərbçiləri son aylar Əfqanıstanın müxtəlif məntəqələrində orta hesabla onlarla gecə əməliyyatı keçiriblər.

Teqlər