Mart 29, 2019 21:29 Asia/Baku
  • Butəfliqəyə qarşı aksiya
    Butəfliqəyə qarşı aksiya

Əlcəzair xalqından minlərlə nəfər bu ölkənin prezidentinə qarşı aksiya keçirib.

Əlcəzair xalqından minlərlə nəfər etirazlar və aksiyaların altıncı cüməsində bu ölkənin prezidenti Əbduləziz Butəfliqənin prezidentlik dövrünün uzadılmasına etiraz olaraq, müxtəlif şəhər və məntəqələrdən paytaxta daxil olub.

Əlcəzair xalqı paytaxt Əlcəzairin Əlbərid adlı mərkəzi meydanına toplaşıb. Onların məqsədi, öz vəzifəsindən istefa verməsi üçün Butəfliqəni təzyiq altında qoymaqdır.

Əlcəzairdə böhran, xəstə olmasına rəğmən, Butəfliqənin beşinci dəfə prezidentliyə namizəd olmasından sonra başlandı, amma etirazların şiddətlənməsinə görə, o, seçkilərdə iştirakdan vaz keçdiyini elan etdi.

Teqlər