Mart 30, 2019 17:47 Asia/Baku
  • Brexit tərəfdarları Londonda aksiya keçiriblər
    Brexit tərəfdarları Londonda aksiya keçiriblər

İngiltərənin Avropa Birliyindən çıxması- brexit-in tez baş tutmasının tərəfdarları bu razılaşmanın həmin ölkə parlamentində rədd edilməsilə bir zamanda, Londonda aksiya keçiriblər.

İngiltərənin Avropa Birliyindən çıxmasının tez baş tutmasının tərəfdarlarından minlərlə nəfər bu ölkə parlamentinin qarşısına toplaşıb. Əllərində simvollar tutmuş aksiyaçılar şüarlar verərək, vurğulayıblar ki, çıxış tez bir zamanda icra olunmalıdır.

Yüz minlərlə nəfərin İngiltərənin Avropa Birliyindən çıxması ilə bağlı ikinci referendumun keçirilməsini istəməsindən bir həftə sonra təşkil olunan bu aksiya brexit-ə səsvermədən üç il sonra bu ölkədə ixtilafın və ayrılığın miqdarını göstərir.

Teqlər