Mart 31, 2019 11:28 Asia/Baku
  • AB sionist rejimin işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətinə qarşı çıxıb
    AB sionist rejimin işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətinə qarşı çıxıb

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, bu birlik sionist rejimin işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini qəbul etmir.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Tunisin TAP xəbər agentliyi ilə eksklüziv müsahibədə deyib ki, bu birlik və onun üzvləri sionist rejimin işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini tanımırlar.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi əlavə edib: Avropa Birliyinin üzvləri bu ahəngdar və eyni mövqeyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq normalarına əsasən tutublar.

Tramp martın 25-də beynəlxalq qanunlara zidd gedib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa şəkildə pozaraq, bir fərman imzaladı ki, ona əsasən, Vaşinqton sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıyır.

Sionist rejim 1967-ci ildə Qolan yüksəkliklərində Suriya ərazisinin təxminən 200 kvadrat-kilometrini işğal etdi və daha sonra bu məntəqəni işğal edilmiş ərazilərə əlavə etdi.

Beynəlxalq ictimaiyyət bu anneksiyanı heç vaxt tanımayıbdır.

Teqlər